1.     “HB Co LTD” MMC 1997-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının vətəndaşı Butayev Hikmət Seyfulla oğlu tərəfindən təsis edilmişdir.

Hikmət Butayev həm də şirkətin Baş direktorudur.

 

2.     Şirkətin əsas fəaliyyəti əczaçılıq sahəsinə aid edilir. Şirkət “Sağlam gələcək bizimlə gələcək” devizi altında keyfiyyət, təhlükəsizlik və efektivlik kriteriyalarına əsaslanaraq Azərbaycan Respublikasına əczaçı məhsullarının idxalı, marketinqi və satışı ilə məşğuldur.

Şirkətin bütün fəaliyyəti Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təlimatlarına və digər hüquqi aktlara uyğun qurulmuşdur.

“HB Co LTD” müasir standartlara uyğun çalışmaq üçün bütün imkanlara malikdir. Şirkət idxal etdiyi və satışa çıxardığı hər bir məhsul üçün məsuliyyət daşıyır.

Ən böyük potensiallığımız bacarıqlı komandamız, çalışqan əməkdaşlarımızdır.

 

3.     Bizim vizyonumuz xalqımıza ən yüksək səviyyədə xidmət göstərməkdir. Gələcək nəslin sağlamlığı sahəsində çalışmaq, bununla əlaqədar məsuliyyəti hər an dərk etmək.

 

4.     Əsas fəaliyyət sahəmiz Azərbaycan Respublikasına keyfiyyətli əczaçı məhsulların idxalı, marketinqi və satışıdır.

Əczaçılıq məhsulları ilə bərabər insan sağlamlığı üçün gərəkli olan bir çox bioloji fəallığa malik qida əlavələri və tibbi məhsulları da idxal edirik.

 

5.     “HB Co LTD” dünyanın bir çox ölkələrindəki aparıcı şirkətlər ilə əməkdaşlıq edir.

Bizim partnyorlarımız arasında Almaniya, İngiltərə, İtaliya, Fransa, Türkiyə, İspaniya, Serbiya, Polşa, Argentina, Latviya, Litva, Bosniya, ABŞ, Cənubi Koreya, Hindistan, Pakistan, Yaponiya, Tayvan, Ukrayna, Rumıniya, Portuqaliya, Niderland və digər ölkələrdən olan 46 şirkət vardır.

 

Əsas işlədiyimiz terapevtik sahələr aşağıdakılardır:

 

§  Kardiologiya

§  Endokrinologiya

§  Nevrologiya

§  Psixiatriya

§  Cərrahiyə

§  Ginekologiya

§  Pediatriya

§  Anesteziologiya

§  Dermatologiya

 

150-dən artıq məhsullar:

Tabletlər, kapsullar, inyeksiyalar, venadaxili məhsullar, siroplar, damcılar, kremlər və digərlər marketinq komandamız tərəfindən bazarda tanıtılır.

Şirkətdə 150-dən artıq işçi çalışır.

İllik satış dövriyəsi 5.000.000 manatdan artıqdır.

 

6.     İnsan resursları

“HB Co LTD” öz işçi heyətini çox diqqətlə seçir və təlim verir. Məharətlə təşkil edilmiş marketinq kursları şirkətin tələblərinə cavab verən sosial şəxsləri işə qəbul etməklə öz biznesini uğurla davam etdirməyə nail olur.

 

7.     Şirkətin nailiyyətləri

“İlin ən yaxşı Marketinq şirkəti – 2003”

“İlin ən yaxşı menecmenti – 2004”

“İlin şirkəti – 2006”

 

8.     İctimai fəaliyyət və konfranslar

Ənənəvi olaraq hər il Azərbaycanda keçirilən beynəlxalq elmi konfranslarda iştirak edir. “HB Co LTD” həmçinin müxtəlif tibbi ixtisaslar üçün keçirilən bir çox konfranslara sponsorluq edir. Şirkətimiz tibbi qazetlərə, jurnallara, çox sayda kitabların buraxılışına sponsorluq etmişdir.

 

Company

Goal

Vision

Təchizatçılar

Niyə bizdir?

"HB Co Ltd" - Dərman və əczaçılıq məhsulları, xarici şirkətlərin, təşkilatların və birgə müəssisələrin nümayəndəlikləri.

əlaqə

AZ1116, Bakı, 7-ci mkr., Abay Kunanbayev küç. 66D

  • (+994 12) 563 37 17
  • (+994 12) 562 94 99
  • hbbaku@hb-med.com
  • İş saatları 09:00 -18:00

sosial şəbəkə