Ana səhifə |


     Absolut
Absolut

Tərkibi 
 Hər kapsulun tərkibinə daxildir: Vitamin A (asetat) 2500 BV, Vitamin D3 200 BV, Vitamin E (asetat) 7.5mq, Vitamin K 10 mkq, Tiamin Mononitrat (Vitamin B1) 2 mq, Riboflavin (Vitamin B2) 2 mq, Pirıdoksin Hidroxlorid (Vitamin B6) 1 mq, Niasinamid (Vitamin B3) 20 mq, Vitamin C 50 mq, Sianokobalamin (Vitamin B12) 1 mkq, Fol turşusu 150 mkq, Kalsium Pantotenat (Vitamin B5) 5 mq, Biotin 100 mkq, Kalsium (Kalsium fosfat) 50 mq, Fosfor 39 mq, Dəmir ( Dəmir fumarat) 9.9 mq, Sink (Sink oksidi)15 mq, Yod (Kalium yodid) 150 mkq, Magnezium (Magnezium oksidi) 30 mq, Lütein 250 mkq, Beta Karotin 0.8 mq, Mangan (Mangan sulfat) 1.5 mq, Mis (Mis sulfat) 0.5 mq, Xrom (Xrom Pikolinat) 65 mkq, Molibden (Natrium Molibdat) 25 mkq, Selen (Natrium selenit) 20 mkq, Kalium (Kalium xlorid) 4 mq, Xlorid (Kalium xlorid) 3.6 mq, Bor (Natrium borat)150 mkq, Nikel (Nikel sulfat) 5 mkq, Silikon (Kolloidal silisium dioksid) 2 mq, Qalay (qalay xlorid)10 mkq, Vanadium (Natrium metavanadiat)10 mkq, Lactobacıllus Sporogenes 50 milyon, Yaşıl çay  ekstraktı 10 mq, Sitrus bioflavonoidləri 20 mq, Xolin  bitartrat 25 mq.

Farmakolojı xüsusiyyətləri 
 Absolut antioksidantlar, vitaminlər, minerallar və mikroelementlərin balanslaşdırılmış əlavəsidir. Yaşıl çay ekstraktı antioksidant xüsusiyyətə malik olduğuna görə lipidlərin oksidləşməsinin qarşısını alır, antibakterial və virus əleyhinə aktivliyə malikdir.O, ürək xəstəliklərinin, insult və xərçəngin yaranma riskini azaldır, diş çürüməsı, tənəffüs xəstəliklərinin qarşısını alır. Beta-karotin gözlərdə nəmliyi təmin edir və görmə qabilıyyətini yaxşılaşdırır. Dərini qoruyur və onun qurumasının qarşısını alır. Lütein görmə qabilıyyətini yaxşılaşdırır. Sitrus bioflavonoidləri təbii antibakterial maddələrdir, qan dövranını yaxşılaşdırır və xolesterinin miqdarını aşağı salır. Xolin bitartrat qaraciyərdən artıq piylərin xaric olnmasını stimulyasiya edir və zərərli xolesterinin mıqdarını azaldır. Süd turşusu basilləri qidanın həzmini və yaxşı utilizasiyasını təmin edir və mədə-bağırsaq traktının zədələnməsinin qarşısını alır. Beta-karotin, Lütein, sitrus bioflavonoidləri, yaşıl çay ekstraktı, Vitamin A, C, E, Sink və Selenin sinergizmi gündəlık stress, zəhərlənmə və qocalmaya qarşı mübarızə aparan güclü antioksidant sistemi formalaşdırır. Vitamin D, Vitamin K, B qrup vitamınlərin kompleksi və  fol turşusu orqanizmin gündəlik aktivliyini təmin edir.

 

Göstərişlər  
Zəhərli maddələrin təsiri nəticəsində yaranmış oksidativ zədələnməni azaldır, immun sistemin funksıyalarını gücləndirir, müxtəlif şəraitlərdə oksidativ stresə qarşı əks təsir göstərir.Katarakta, yaşla əlaqədar makulyar degenarasiya nəticəsində yaranmış görmə pozğunluqlarında qida əlavəsi kimi istifadə edilir. Zülal, karbohidrat, yağ mübadiləsini yaxşılaşdırır və onların enerjiyə çevrilməsini sürətləndirir. Xərçəng, insult riskini və  xolesterinin səviyyəsini azaldır.  Dıabetli xəstələrdə qandakı şəkər balansının qorunub saxlanmasına kömək edir.

Əks göstərişlər 
Yaşıl çay katexinin hər hansı komponentinə qarşı hiperhəssaslığı olan şəxslərə əks göstərişdir.

Əlavə təsirləri

 Əlavə təsirləri qeyd olunmamışdır

Dozası və istifadə qaydası
Gündə 1-2  kapsul daxilə qəbul edilir.

Buraxılış forması
Hər qutuda  2 blister, Hər blisterdə 15 kapsul yerləşdirilmişdir.

 
   

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player