Ana səhifə |


     Aztor
Aztor

Tərkibi  
Hər örtüklü tabletin tərkibində 10 mq və ya 20 mq atorvastatinə ekvivalent miqdarda atorvastatin – kalsium vardır.

Farmakoloji xüsusiyyətləri  
HMQ-KoA-reduktaza (3-hidroksi-3-metil-qlütaril-koenzim A-reduktaza) xolesterin biosintezinin başlanğıc və aralıq mərhələlərində katalizator rolu oynayır (HMQ-KoA-reduktazanın mevalon turşusuna çevrilməsi).  Atorvastatin HMQ-KoA-reduktazanın selektiv inhibitorudur. HMQ-KoA-reduktazanı inaktivləşdirərək  xolesterinin və lipoproteinlərin plazmadakı səviyyəsini aşağı salır və qaraciyərdə xolesterinin sintezini zəiflədir, atorvastatin həmçinin ASLP-reseptorlarının həssaslığını gücləndirir və bu yolla ASLP-in (aşağı sıxlıqlı lipoproteinlərin) plazmadan çıxarılmasını və onların katabolizmini sürətləndirir. Atorvastatin ÇASLP (çox aşağı sıxlıqlı lipoproteinlər) sintezini zəiflədir.
Aztor ümumi xolesterinin, ASLP- xolesterinin, apolipoprotein-B miqdarını,  ÇASLP-xolesterini və triqliseridləri azaldır, YSLP-XS və apo-A-nın sintezini isə artırır.
Atorvastatini oral yolla qəbul etdikdə sürətlə sorulur. Plazmada maksimal qatılığı 1-2 saat ərzində yaranır.
Preparatın 98%-dən çoxu plazma zülalları ilə birləşir. Atorvastatin aktiv metabolitlərə paçalanır.
Atorvastatin və onun metabolitləri hepatik və enterohepatik resirkulyasiyadan sonra ödlə xaric olur.
Xroniki alkoqolizmdən əziyyət çəkən xəstələrdə atorvastatinin plazmadakı miqdarı nəzərəçarpacaq dərəcədə yüksəlir.

Əlavə təsirləri  
Adətən atorvastatinlə müalicə yaxşı keçirilir.  Əlavə təsirlər zəif və keçici xarakter daşıyır.

İstifadə qaydası və dozası                                                                            
Müalicə gündəlik 10 mq doza ilə başlanılır. Dozalar 10-80 mq olmaqla 1 dəfə təyin olunur. Aztor günün istənilən vaxtında və qida qəbulundan asılı olmayaraq təyin edilir.

Buraxılış forması  
Aztor 10 mq, 20 mq. 10 tabletdən ibarət  strip  içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir .


İstifadəsinə göstərişlər 
Pəhrizlə birgə birincili hiperxolesterinemiyadan və qarışıq dislipidemiyadan əziyyət çəkən xəstələrdə artmış ümumi-XS, ASLP-XS, apolipoprotein-B və triqliseridlərin reduksiyası məqsədilə.
Pəhrizlə birgə plazma triqliseridlərinin artmış səviyyəsinin müalicəsi.
Digər hipolipidemik preparatlarla kombinasiyada.

Əks göstərişlər  
Preparatın tərkibindəki hər hansı kompanentə qarşı yüksək həssaslıq.
Aktiv qaraciyər xəstəlikləri, plazmada transaminazanın səviyyəsinin normadan üç dəfə artıq olması.
Hamiləlik və laktasiya dövrü.  


 

 
   

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player