Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

SPAZMODİL  örtüklü tabletlər

SPAZMODIIL®

Beynəlxalq patentləşdirilməmiş adı:  Pipethanate ethobromide

Tərkibi

Təsiredici maddə:    1 tabletin tərkibində 20 mq pipetanat etobromid vardır.

Köməkçi maddələr:  laktoza monohidrat, qarğıdalı nişastası, mikrokristallik sellüloza, talk,

                                 maqnezium stearat, kolloidal silisium dioksid, saxaroza.

Təsviri:

Ağ, yumru örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Antixolinergik və spazmolitik preparat.

ATC kodu: A03AA49.

Farmakoloji xüsusiyyətləri

SPAZMODİİL daxili orqanların saya əzələlərindəki m-xolinoreseptorları blokadaya alaraq asetilxolinin bu reseptorlarla birləşməsinin qarşısını alır və xolinergik reseptorların qıcıqlanmasına xas olan effektləri aradan qaldırır. Mədə-bağırsaq traktının, öd və sidik yollarının saya əzələlərini boşaldır və bu əzələlərin spazmı ilə əlaqədar olan ağrı hissini aradan qaldırır.

 

İstifadəsinə göstərişlər

  • Spastik vəziyyətlər və mədə-bağırsaq traktının yüksəlmiş motorikası.
  • Ağrılı spastik vəziyyətlər; öd və sidikçıxarıcı yollarının peristaltikasının pozulması (diskineziya).                     
  • Endoskopik, radioloji müayinələr və premedikasiyalar zamanı.

 

Əks göstərişlər

Komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.

Qlaukoma, prostat vəzin hiperplaziyası və ya obstruktiv uropatiyanın digər səbəbləri keçməməzlik ilə müşahidə edilən mədə-bağırsaq traktının xəstəlikləri, xoralı kolit, toksik meqakolon, hamiləlik.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

SPAZMODİİL  qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

SPAZMODİİL  laktasiya dövründə tövsiyə edilmir.

Ehtiyat tədbirləri

SPAZMODİİL-in tərkibində laktoza və saxaroza vardır. Əgər bu maddələrə qarşı dözümsüzlüyünüz  varsa, preparat qəbul edilməməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Aşağıdakı dərmanlardan birini qəbul edirsinizsə, SPAZMODİİL qəbul etməyin:

- antihistaminlər (allergiya simptomlarını aradan qaldırmaq üçün istifadə olunan dərmanlar)

- butirofenonlar və fenotiazinlər (psixi pozğunluqların müalicəsində istifadə olunan dərmanlar)          - trisiklik antidepressantlar (depressiyanın müalicəsində istifadə olunan dərmanlar)

- Amantadin, Parkinson xəstəliyi zamanı istifadə edilən antiviral preparat.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə istifadəsi əks göstərişdir.

Laktasiya dövründə həkim məsləhəti ilə təyin edilir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

SPAZMODİİL nəqliyyat vasitələrini idərə etmək qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

Gündə 2-4 dəfə 1-2 tablet daxilə qəbul edilir.

Uşaqlarda istifadəsi tövsiyə edilmir.

Əlavə təsirləri

Nadir hallarda ağızda quruluq, görmə qabiliyyətinin pozulması. Dərmanın dozasını azaltdıqda və ya istifadəsini dayandırdıqda bu simptomlar tamamilə geri inkişaf edir.

 

Doza həddinin aşılması

SPAZMODİİL preparatının antidotu yoxdur. Doza həddinin aşılması zamanı simptomatik müalicə tələb olunur və dərhal həkiminizlə əlaqə saxlayın və ya yaxınlıqda yerləşən xəstəxana və təcili yardım şöbəsinə müraciət edin.

Buraxılış forması

15 tablet, blisterdə. 2 blister (30 tablet) içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

ABC Farmaceutici S.p.A.

Ünvan:

Via Cantone Moretti, 29 – Localita San Bernardo – 10015 İvrea (Torino) – İtaliya.

Marketinq İcazəsinin Sahibi

ABC Farmaceutici S.p.A. – İtaliya.

Eksklüziv distribüter

HB Co LTD – Azərbaycan Respublikası.

Təchizatçılar

Niyə biz?

"HB Co Ltd" - Dərman və əczaçılıq məhsulları, xarici şirkətlərin, təşkilatların və birgə müəssisələrin nümayəndəlikləri.

əlaqə

AZ1116, Bakı, 7-ci mkr., Abay Kunanbayev küç. 66D

  • (+994 12) 563 37 17
  • (+994 12) 562 94 99
  • hbbaku@hb-med.com
  • İş saatları 09:00 -18:00

sosial şəbəkə