Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

HİKLADOKS  100 mq kapsullar

HYCLADOX

Beynəlxalq patentləşdirilməmiş adı:  Doxycycline

Tərkibi

Təsiredici maddə:   1  kapsulda 100 mq doksisiklin (115,4 mq doksisiklin-hiklat şəklində)

                                vardır.

Köməkçi maddələr: laktoza-monohidrat, mikrokristallik sellüloza, maqnezium-stearat           

Kapsulun örtüyü:    titan 4-oksid (E 171), xinolin sarısı (E 104),“günəş qürubu” sarısı (E 110),

                                brilyant göyü FCF (E 133), brilyant qarası BN (E 151), metil p-hidroksi-

                                benzoat (E 218), n-propyl-p-hidroksibenzoat (E 216), jelatin.

Təsviri

Qapağı və gövdəsi yaşıl rəngli qeyri-şəffaf, içərisində sarı qranullaşdırılmış toz olan bərk jelatin kapsullardır.

Farmakoterapevtik qrupu

Sistem istifadə üçün antibakterial dərman vasitəsi, tetrasiklinlər.

ATC kodu: J01AA02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Doksisiklin geniş təsir spektrinə malik antibiotik olub, oksitetrasiklinin sintetik törəməsidir.  Doksisiklin lipidlərdə yüksək dərəcədə həll olur və kalsiumla birləşməyə affinliyi aşağıdır.  O, insan zərdabında yüksək stabilliyə malikdir.

Antimikrob təsir  spektri

Doksisiklin daxil olmaqla, tetrasiklinlər, qrammüsbət və qrammənfi mikroorqanizmlərin geniş qrupuna qarşı oxşar antimikrob təsir spektrinə malikdir. Bu mikroorqanizmlərin tetrasiklinə qarşı çarpaz rezistentliyi ümumidir.

Aşağıdakı mikroorqanizmlər doksisiklinə qarşı həssaslıq nümayiş etdirmişdir:

MİK: 0,1-1 mkq/ml:

Staphylococcus aureus (əksər

rezistent ştammlar), Streptococcus pneumoniae, Streptococcus pyogenes, Streptococcus faecalis, Haemophilus influenzae, Neisseria gonorrhoeae, Neisseria meningitidis, Listeria monocytogenes, Brucella spp, Mycoplasma spp

MİK: 1-10 mkq/ml

Escherichia, Enterobacter spp, Klebsiella spp, Bacteroides spp, Clostridium spp, Rickettsia,

Chlamydia psitacci, Chlamydia trachomatis

 

Tetrasiklinlərdən heç birinin təsiri Pseudomonas aeruginosa-nı əhatə etmir. Doksisiklin, həmçinin  Proteus-un müəyyən ştammlarına, Serratia Mycobacterium tuberculosis-ə (MİK: 10-100 mkq/ml) qarşı aktiv deyildir..

Farmakokinetikası

Absorbsiyası

- sürətlə absorbsiya olunur (effektiv konsentrasiyaları ilk saatda yaranır) və plazmada maksimal konsentrasiyası 2-4 saatdan sonra yaranır.

- demək olar ki dərman vasitəsinin bütün miqdarı başlıca olaraq həzm traktında sorulur.

- birlikdə qəbul zamanı qida preparatın absorbsiyasını dəyişdirmir, süd isə az təsir göstərir.  

Paylanması

Böyüklərdə 200 mq oral doza aşağıdakılara səbəb olmuşdur:

- plazmada maksimal konsentrasiyası 3 μq/ml-dən çox

- 24 saatdan sonra qalıq  konsentrasiya 1 μq/ml-dən çox

- plazmadan yarımxaricolma dövrü 16-22 saat

- zülallarla birləşməsi 82  ilə 93% arasında dəyişməklə (labil əlaqə) intra- və ekstrasellülar diffuziyası yaxşıdır.  

Ekskresiyası

Antibiotik öddə toplanır.

Qəbul edilmiş dozanın 40%-ə qədəri 3 gün müddətində aktiv formada sidiklə, 32%-i isə nəcislə xaric olur.  

Eyni vaxt ərzində sidikdə  konsentrasiyası plazma konsentrasiyasından təqribən 10 dəfə yüksəkdir.

Böyrəklərin funksional pozğunluğu zamanı sidiklə xaric olması azalır, yarımxaricolma dövrü isə dəyişmir. Hemodializ yarımxaricolma dövrünə təsir göstərmir.  

İstifadəsinə göstərişlər

Hikladoks 100 mq preparatının qrammüsbət və qrammənfi bakteriyaların həssas ştammları və digər müəyyən mikroorqanizmlər tərəfindən törədilən müxtəlif infeksiyaların müalicəsi üçün klinik effektiv olduğu müəyyən edilmişdir.

Tənəffüs yollarının infeksiyaları: pnevmoniya və aşağı tənəffüs yollarının  Streptococcus pneumoniae, Haemophilus influenzae, Klebsiella pneumoniae və digər mikroorqanizmlərin həssas ştammları tərəfindən törədilən digər infeksiyaları. Mycoplasma pneumoniae tərəfindən törədilən  pnevmoniya, xroniki bronxit, sinusitin müalicəsi.

Sidik yollarının Klebsiella species, Enterobacter species, Escherichia coli, Streptococcus faecalis və digər mikroorqanizmlərin həssas ştammları tərəfindən törədilən infeksiyaları.

Cinsi əlaqə ilə ötürülən xəstəliklər:  fəsadlaşmamış uretral, endoservikal və ya rektal infeksiyalar daxil olmaqla, Chlamydia trachomatis-in törətdiyi infeksiyalar. Ureaplasma urealyticum (T-mycoplasma) tərəfindən törədilən qeyri-qonokokk mənşəli uretrit. Hikladoks 100 mq, həmçinin şankroiddə, qasıq qranulomasında və zöhrəvi limfoqranulomada təyin olunur. Hikladoks 100 mq süzənəyin və sifilisin müalicəsində alternativ dərmandır.  

Dəri infeksiyaları: əgər antibiotik müalicəsi zəruri hesab edilərsə, adi çivzə.

Hikladoks 100 mq  tetrasiklin qrupu antibiotiki olduğu üçün digər tetrasiklinlərlə müalicəyə cavab verən aşağıda göstərilən infeksiyaların müalicəsində onun faydalı olacağını gözləmək olar:  

Oftalmik infeksiyalar: qonokokkların, stafilokokkların və Haemophilus influenzae-nin həssas ştammları tərəfindən törədilən oftalmik infeksiyalar.Traxoma, baxmayaraq ki, immunofluoressensiya yolu ilə infeksiya törədicisinin heç də həmişə aradan qalxmadığı müəyyən edilmişdir. Konyuktivit oral Hikladoks 100 mq ilə müalicə oluna bilər (tək və ya yerli agentlərlə kombinəolunmuş şəkildə).

Rikketsiya infeksiyaları: „qayalı dağlar” səpgili yatalağı, səpgili yatalaq qrupu, qızdırma, koksiella endokarditi və ani qızdırma.

Digər infeksiyalar: Psittakoz, brusellyoz (streptomisinlə kombinasiyada), vəba, bubon taunu,  bit və ani-məhdud qayıdan yatalaq qızdırması, tulyaremiya, manqo, melioidoz (yalançı manqo), xloroxinə rezistent  ildırımsürətli üçgünlük malyariya və kəskin bağırsaq amöbiazı (amöbisidlərə əlavə kimi).

Hikladoks 100 mq leptospirozun, qazlı qanqrenanın və tetanusun müalicəsində alternativ dərmandır.  

Hikladoks 100 mq aşağıdakı halların profilaktikası üçün təyin edilir: Solğun yatalaq, səyahətçi ishalı (enterotoksik Escherichia coli), leptospiroz və malyariya. Malyariyanın profilaktikası üçün mövcud təlimata əsasən istifadə edilməlidir.

Əks göstərişlər

Doksisiklinə, preparatın köməkçi maddələrindən hər hansı birinə və ya tetrasiklinlərdən hər hansı birinə qarşı yüksək həssaslıq. 

12 yaşa qədər uşaqlara Hikladoks 100 mq preparatının təyin edilməsi əks göstərişdir. 

Hamiləlik və laktasiya dövründə Hikladoks 100 mq preparatının təyin edilməsi əks göstərişdir. 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ezofagit. Tək-tək hallarda doksisiklin də daxil olmaqla, tetrasiklin qrupu preparatlarının kapsul və ya tablet formalarını qəbul edən pasiyentlərdə ezofaqit və ezofaqeal xoralar barədə məlumatlar verilmişdir. Bu pasiyentlərdən əksəriyyəti dərmanı bilavasitə yatmazdan əvvəl və ya qeyri-adekvat miqdarda maye ilə qəbul etmişdir.

Tetrasiklin qrupu  preparatlarının dişlərin inkişafı dövründə (hamiləlik dövründə, körpələrdə və 12 yaşa qədər uşaqlarda) istifadəsi dişlərin rənginin uzunmüddətli dəyişməsinə (sarı-boz-qonur) səbəb ola bilər.  Bu əlavə reaksiya dərmandan uzun müddətli istifadə zamanı çox adi reaksiyadır, lakin dərmanın qısamüddətli istifadəsi zamanı da müşahidə oluna bilər. Həmçinin mina qatının hipoplaziyası barədə də məlumatlar olmuşdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Tərkibində alüminium, kalsium, maqnezium olan antasidlərlə və ya tərkibində bu kationlar olan digər dərmanlar; oral sink, dəmir duzları və ya  bismut preparatları doksisiklinin absorbsiyasını zəiflədə bilər. Doza maksimal dərəcədə fərdi olmalıdır.

Bakteriostatik dərmanlar penisillinin bakterisid təsirini zəiflədə bildiyindən Hikladoks 100 mq preparatı ilə penisillinin birgə istifadəsindən qaçmaq tövsiyə olunur. 

Varfarin və doksisiklin qəbul edən pasiyentlərdə protrombin vaxtının uzanması barədə məlumatlar olmuşdur.  Tetrasiklinlər plazma protrombininin aktivliyini aşağı salır və eyni zamanda istifadə olunan antikoaqulyantların dozasının azaldılması lazım gələ bilər. 

Barbituratlar, karbamazepin və ya fenitoin doksisiklinin plazmadan yarımxaricolma dövrünü qısalda bilər. Hikladoks 100 mq preparatının gündəlik dozasının artırılması məsələsinə baxılmalıdır. 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hikladoks 100 mq hamiləlik dövründə əks göstərişdir. Belə ki, hamiləlik müddətində tetrasiklinlərin istifadəsi zamanı döldə dişlərin əsasının qoyulması və skeletin inkişafının ləngiməsi riski vardır. 

Tetrasiklinlər ana südünə nüfuz edir və ona görə də laktasiya dövründə onun istifadəsi əks göstərişdir (dişlərin inkişafı dövründə istifadəsinə dair yuxarı bax).

İstifadə qaydası və dozası

Böyüklər və bədən kütləsi 50 kq-dan çox olan uşaqlar

Böyüklərdə kəskin infeksiyaların müalicəsi üçün doksisiklinin adi dozası birinci gün 200 mq (birdəfəlik doza və ya bölünmüş dozalar şəklində), sonra 100 mq/gün dəstəkləyici doza.

Daha ağır  infeksiyalarda bütün müalicə müddətində gündə 200 mq.

Kapsullar yalnız oral istifadə üçündür.

Hikladoks 100 mq kapsullar adekvat miqdarda maye ilə qəbul olunmalıdır. Bu, oturaq və ya ayaqüstü vəziyyətdə edilməlidir və ezofageal qıcıqlanma və xoralanma riskini aşağı salmaq üçün  yaxşı olar ki, yatmazdan qabaq qəbul edilsin. Mədənin qıcıqlanması baş verdiyi təqdirdə

Xüsusi infeksiyalarda tövsiyə olunan dozalanma:

Adi çivzə:  6-12 həftə müddətində gündə 50 mq qida və ya maye ilə birlikdə.  

Cinsi yolla ötürülən xəstəliklər: aşağıdakı infeksiyalarda 7 gün ərzində gündə 2 dəfə 100 mq tövsiyə olunur: fəsadlaşmamış qonokokk infeksiyaları (kişilərdə anorektal infeksiyalar istisna olmaqla);  Chlamydia trachomatis tərəfindən törədilən fəsadlaşmamış uretral, endoservikal və ya rektal infeksiya; Ureaplasma urealyticum tərəfindən törədilən qeyri-qonokokk uretriti.

Chlamydia trachomatis və ya Neisseria gonorrhoea tərəfindən törədilən kəskin epididimoorxit : 10 gün ərzində gündə 2 dəfə 100 mq.

Birincili və ikincili sifilis: penisillinə qarşı allergiyası olan, hamilə olmayan, birincili və ya ikincili sifilisi olan xəstələr aşağıdakı rejimdə müalicə oluna bilərlər: penisillin müalicəsinə alternativ olaraq 2 həftə ərzində gündə 2 dəfə  200 mq doksisiklin oral yolla.  

Bit və ani-məhdud qayıdan yatalaq qızdırması:  vəziyyətin ağırlığından asılı olaraq birdəfəlik 100 və ya 200 mq.

Əlavə təsirləri

Aşağıdaki əlavə təsirlər MedDRA-ın terminologiyasına uyğun olaraq rastgəlmə tezliyi və orqanlar  sistemi nəzərə alınmaqla göstərilmişdir.

Mədə-bağırsaq  pozğunluqları: anoreksiya, ürəkbulanma, qusma, diareya

Immun sistem pozğunluqları: Nadir hallarda: urtikar səpkilər, angionevrotik ödem, anafilaktoid purpura, zərdab xəstəliyi, perikardit kimi hiperhəssaslıq reaksiyası

Dəri və dərialtı toxuma pozğunluqları: Bəzən: makulopapulyar və eritematoz səpgilər, övrə

Doza həddinin aşılması

Antibiotiklərin doza həddinin kəskin aşılması nadir hallarda baş verir. Doza həddinin aşılması zamanı müalicə dayandırılmalıdır. Mədə yuyulmalı, dəstəkləyici müalicə aparılmalıdır.  

Dializ plazmadan yarımxaricolma dövrünü dəyişdirmir, ona görə də doza həddinin aşılması zamanı faydası olmayacaq.

Buraxılış forması

10 kapsul,  blisterdə.  2 blister  içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

S.C ARENA GROUP S.A.

54 Dunarii Blvd., Voluntari, 077910, Ilfov.

Rumıniya.

Təchizatçılar

Niyə biz?

"HB Co Ltd" - Dərman və əczaçılıq məhsulları, xarici şirkətlərin, təşkilatların və birgə müəssisələrin nümayəndəlikləri.

əlaqə

AZ1116, Bakı, 7-ci mkr., Abay Kunanbayev küç. 66D

  • (+994 12) 563 37 17
  • (+994 12) 562 94 99
  • hbbaku@hb-med.com
  • İş saatları 09:00 -18:00

sosial şəbəkə