Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

FARKLOBENT    krem

FARCLOBENT 

Beynəlxalq patentləşdirilməmiş adı: Betamethasone dipropionate, Clotrimazole, Gentamicin

                                                              sulfate

Tərkibi

Təsiredici maddə:  1 q kremin tərkibində 0,64 mq betametazon dipropionat, 10 mq klotrimazol,                                1 mq gentamisin sulfat vardır.

Köməkçi maddələr:  maye parafin, izopropil miristat, propilenqlikol, qliserilmonostearat, stearil

                                spirti, ağ vazelin, təmizlənmiş lanolin, polisorbat 60, setil palmitat,      

                                butilhidroksitoluen, metilparaben, propilparaben 4263, təmizlənmiş su.

Təsviri

Ağ rəngli kremdir.

Farmakoterapevtik qrupu

Kortikosteroidlər, digər kombinasiyaları.

ATC kodu: D07XC01.

Farmakoloji xüsusiyyətləri

Betametazon dipropionat – sintetik qlükokortikoiddir, iltihabəleyhinə, antiallergik, antiekssudativ və qaşınmaəleyhinə təsir göstərir.

Klotrimazol – imidazol törəmələri qrupundan olan, yerli təsir məqsədilə nəzərdə tutulan göbələkəleyhinə vasitədir. Göbələk hüceyrə membranının əsasını təşkil edən erqosterolun sintezini pozaraq antifunqal təsir göstərir. Geniş spektrli təsirə malikdir. Dermatofitlərə, maya göbələklərinə, Candida albicans, Malasseria furfur (Pityrosporium obiculare) kimi göbələk növlərinə yüksək həssaslığa malikdir. Klotrimazol eyni zamanda Corynebacterium minutissimum, Strep. Spp, Staph. Spp., Trichomonas vaginalis, Trichophyton rubrum, Trichophyton mentagrophytes, Epidermophyton floccosum, Microsporum canis kimi mikroorqanizmlərə qarşı aktivdir.

Gentamisin – aminoqlikozid qrupundan olan geniş spektrli təsirə malik antibiotikdir. Bakterisid təsir göstərir. Bakteriyaların hüceyrə membranından aktiv sürətdə keçərək bakterial ribosomlarla geridönməz şəkildə birləşir və bu yolla törədicinin zülal sintezini pozur. Qrammənfi bakteriyalara qarşı yüksək aktivliyə malikdir: E.coli, Shigella spp., Salmonella spp., Enterobacter spp., Klebsiella spp., Serratia spp., Proteus vulgaris, Pseudomonas aeruginosa, Acinobacter spp., eyni zamanda Staph spp., Strep spp. kimi qrammüsbət bakteriyalara qarşı da aktivdir.

İstifadəsinə göstərişlər

Bakterial, göbələk infeksiyaları, yaxud ikincili olaraq kortikosteroidlərə cavab reaksiyası verən dermatozlar;

Dərinin allergik iltihabi xəstəlikləri, kontakt dermatit, atopik dermatit, seborreya dermatiti, ekzema, intertriqo, eksfoliativ dermatit, sаdə və xroniki dəmrov (neyrodermatit).

Əks göstərişlər

Preparatın tərkib hissələrinə qarşı yüksək həssaslıq, dərinin vərəmi və virus mənşəli xəstəlikləri. Preparatın göz xəstəliklərinin müalicəsində istifadəsi nəzərdə tutulmamışdır.

İkinci dərəcəli yanıq və donması olan xəstələr.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Bu dərman preparatı gözdə istifadə üçün nəzərdə tutulmayıb. Əgər bu dərman gözə düşərsə, gözü tez bir zamanda çoxlu su ilə yumaq lazımdır. Əgər simptomlar ciddi olarsa, bununla əlaqədar göz həkiminə müraciət edilməlidir. Bu dərman preparatından bəzənmək və üzü təraş etmək üçün istifadə etməyin.

Okklüziv sarğı həkimin təlimatına əsasən qoyula bilər (xüsusilə də okklüziv sarğı asanlıqla bakterial infeksiyaya səbəb ola bilər, dərmanı dəriyə sürtməmişdən öncə dərini təmizləyin).

Psoriaz xəstəliyi zamanı uzun müddət və çox miqdarda istifadə edildikdə, müalicədən sonra xəstələrdə psoriaz eritrodermiyası, psoriaz pustulalarının əmələ gəlməsi haqqında məlumatlar vardır.

Ehtiyat tədbirləri

Təsvir olunan dozalara və göstərişlərə əməl edin.

Yerli kortikоsteroidlərin dəridən sorulması bəzi xəstələrdə hipotalamus-hipofiz adrenokortikal sistemə geridönən təsir edə bilər, Kuşinq sindromuna, hiperqlikemiyaya, qlikozuriyaya, yaxud osteoporoza səbəb ola bilər.

Xüsusi hallar istisna olmaqla, preparatın uzunmüddətli və çox miqdarda istifadəsindən çəkinmək lazımdır. Xüsusilə də, körpələrdə istifadəsi zamanı diqqətli olmaq lazımdır.

Yüksək dərəcəli təsirə malik kortikоsteroidlərin üz və genital nahiyələrdə istifadəsi zamanı xüsusi diqqət tələb olunur. O, bir həftədən çox olmayaraq istifadə edilməlidir.

Bu preparatın tərkibində polipropilen vardır və bu məhsula qarşı allergiyası olan (yaxud allergik anamnezi olan) xəstələrdə ehtiyatla istifadə edilməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Müəyyən edilməmişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Təhlükəsizliyi müəyyənləşdirilmədiyi üçün bu preparat hamilə qadınlarda, yaxud hamiləlik potensialı olan qadınlarda istifadə edilməməlidir.

Yerli istifadə olunmuş kortikоsteroidlərin ana südünə keçib-keçməməsi haqqında məlumat yoxdur. Bununla belə, preparatın ana üçün əhəmiyyətini nəzərə alaraq, dərmanın istifadəsinin dayandırılması barədə qərar verilməlidir.

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müəyyən edilməmişdir.

İstifadə qaydası və dozası

Səhər və axşam, gündə iki dəfə olmaqla lazım olan dəri nahiyəsinə və onun ətrafına nazik qatla çəkilir.

Əlavə təsirləri

Dəri

Dərinin bakterial (impetiqo, follikulit), virus infeksiyasına səbəb ola bilər. Yuxarıda qeyd olunmuş simptomlar baş verdikdə antimikrob və antifunqal preparatların kombinasiyasından istifadə edin. Əgər simptomlar tez bir zamanda yaxşılaşmazsa, preparatın tətbiqini dayandırın.

Aşağıdakılar baş verərsə, preparatın tətbiqi dayandırılmalı, həkim və yaxud əczaçı ilə məsləhətləşmək lazımdır: follikulit, furunkul, dərinin qıcıqlanması, güclü ağrı, hipertermiya, səpgi, pörtmə, qaşınma, kseroderma, pustulyoz dermatit, allergik kontakt dermatit, tropik tərləmə, yaranın sağalmasının ləngiməsi, yataq yarası, yaxud pustulyoz.

Uzunmüddətli istifadəsi: Steroid səpgi, steroid dəri (dəri yığılması, damarların genəlməsi, bənövşəyi ləkə), dеrmatit (dodаqlar ətrafında, üzdə qırmızı ləkə, damarların genəlməsi, dəridə qartmaq, qabıqlar). Dəridə diffuz keratoma dəyişiklikləri, politrixiya, rəng dəyişikliyi baş verə bilər. Bu simptomlar baş verərsə, dərmanın dozası tədricən azaldılmalıdır. Preparat əvəz olunmalı və steroid olmayan preparat istifadə edilməlidir. Yerli infeksiyanın təsiri və qoruyucu sistemin zəifləməsi səbəbindən ikincili infeksiyanın inkişafına səbəb ola bilər.

Doza həddinin aşılması

Yerli istifadə olunan kortikosteroidlər kifayət qədər absorbsiya olunaraq sistem təsir göstərə bilər (“Ehtiyat tədbirləri” bölməsinə baxın).

Buraxılış forması

30 q krem, lamint tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

15-25°C temperaturda, öz qutusunda    uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi

TAI GUK PHARM. CO., LTD.

 

821 Geumbaek-ro, Chochon-myeon, Buyeo-gun, Chungcheongnam-do

Koreya Respublikası.

Təchizatçılar

Niyə biz?

"HB Co Ltd" - Dərman və əczaçılıq məhsulları, xarici şirkətlərin, təşkilatların və birgə müəssisələrin nümayəndəlikləri.

əlaqə

AZ1116, Bakı, 7-ci mkr., Abay Kunanbayev küç. 66D

  • (+994 12) 563 37 17
  • (+994 12) 562 94 99
  • hbbaku@hb-med.com
  • İş saatları 09:00 -18:00

sosial şəbəkə